Xəbərlər 09.07.2026 12:12 196

Malyariya mütəxəssisləri yeni çıxış yolu axtarır

United States Agency for International Development-in (USAİD) fəaliyyətinin dayandırılması ilə maliyyələşdirilən malyariya proqramlarının böyük hissəsi də bağlanıb. World Health Organization xəbərdarlıq edib ki, maliyyə ixtisarları milyonlarla insanı risk altında qoya və malyariya ilə mübarizədə illərlə əldə olunan nailiyyətləri geriyə apara bilər.

QHT.az xarici mediaya istinadən bildirir ki, bunun fonunda işsiz qalan qlobal səhiyyə mütəxəssisləri bir araya gələrək səhiyyə nazirliklərinə dəstək göstərmək və uzun illər ərzində qazandıqları təcrübəni yeni təşəbbüslər vasitəsilə tətbiq etmək qərarına gəliblər. Araşdırmalara görə, xüsusilə Afrikada maliyyənin azalması əlavə milyonlarla malyariya yoluxması və on minlərlə ölüm halına səbəb ola bilər.

Piranə Xasiyeva


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı