Xəbərlər 13.08.2026 11:14 746

Naxçıvanda yeni DOST mərkəzi əhali üçün xidmətləri əlçatan edəcək

“Müsbət qiymətləndirirəm. Azərbaycanın digər ərazilərində, o cümlədən Bakıda fəaliyyət göstərən DOST mərkəzlərinin xidmətləri məsafə və gediş-gəliş baxımından Naxçıvan Muxtar Respublikası əhalisi üçün əlçatan deyildi.

İndi isə ən müasir tələblərə cavab verən DOST mərkəzinin Naxçıvan şəhərində də açılması mühüm addımdır. Regional mərkəz olaraq burada əmək, məşğulluq, sosial müdafiə, pensiya, əlillik və digər sahələr üzrə xidmətlər “bir pəncərə” prinsipi ilə əhaliyə təqdim ediləcək.

Bu, Naxçıvan sakinlərinin sosial xidmətlərə çıxış imkanlarını əhəmiyyətli dərəcədə artıracaq və onların yüksək səviyyəli xidmətlərdən daha rahat yararlanmasına şərait yaradacaq”.

Bu fikirləri QHT.az-a açıqlamasında əmək hüquqları üzrə ekspert Sahib Məmmədov bildirib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı