Xəbərlər 04.07.2026 22:19 492

Deputat Səbinə Salmanovaya ağır itki üz verib 

Milli Məclisin deputatı Səbinə Salmanovanın ailəsinə ağır itki üz verib.

QHT.az Musavat.com-a istinadən  xəbər verir ki, deputatın atası Qədir Salmanov vəfat edib.

Mərhumla vida mərasimi sabah keçiriləcək. O, Sumqayıt şəhər qəbiristanlığında torpağa tapşırılacaq.

Mərhumun üç mərasimi isə iyulun 8-də saat 11:00-da Bakıdakı Heydər məscidində keçiriləcək.

QHT.az  kollektivi mərhum Qədir Salmanova Allahdan rəhmət diləyir, deputat Səbinə Salmanovaya, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı