Xəbərlər 12.08.2026 14:24 211

Google yeni Pixel 11 seriyasını təqdim edir

Google bu gün, 12 avqustda, Nyu-Yorkda keçirilən “Made by Google” tədbirində yeni Pixel 11 smartfon seriyasını təqdim etməyə hazırlaşır. Seriyaya dörd fərqli modelin daxil olacağı gözlənilir. 

QHT.az xarici mediaya istinadən bildirir ki, yeni telefonların əsas diqqət çəkən xüsusiyyətləri arasında daha güclü prosessor, kamera sistemində yeniliklər və ekran texnologiyasının təkmilləşdirilməsi gözlənilir. Tədbir Google-un smartfon bazarında Apple və Samsung kimi nəhənglərlə rəqabətini daha da gücləndirmək cəhdi kimi qiymətləndirilir. 

Pixel seriyasının yeni nəslinin təqdimatı xüsusilə smartfon istifadəçiləri və mobil texnologiya həvəskarları tərəfindən maraqla gözlənilir.

Piranə Xasiyeva


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı