Xəbərlər 14.10.2025 13:08 521

“Qara tale-Ağ ölüm” filmi təqdim edilib - FOTOLAR

“Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi “Qara tale-Ağ ölüm” layihəsinin icrasını yekunlaşdırıb.

QHT.az xəbər verir ki, 2025-ci il oktyabrın 9-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasında layihə çərçivəsində “Qara tale-Ağ ölüm” filminin təqdimatı keçirilib.

İctimai Birliyin sədri Mübariz Əsgərov bildirib ki, layihənin məqsədi narkotik qurbanlarının qara talelərini real obrazlarla göstərməklə bu bəlanın cəmiyyət üçün böyük problem olduğunu göstərməkdir.

Filmdə narkomaniyanın cəmiyyətə gətirdiyi bəladan danışılır və bu bəlanın  insan həyatını necə puç elədiyi fakt və sübutlarla göstərilir. Eyni zamanda narkomaniya ilə mübarizə aparan dövlət qurumlarından olan  Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin bu sahədə fəaliyyəti araşdırılıb, əməliyyat şəkilişlərindən istifadə olunub.

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı