Xəbərlər 11.08.2026 10:09 162

Sosial xidmətə cəlb edilən uşaqlar üçün ekskursiya təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında Ağcabədi rayonunda fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzinin xidmətlərindən yararlanan uşaqlar üçün ekskursiya təşkil edilib.

Sosial Xidmətlər Agentliyindən QHT.az-a verilən məlumata görə, ümumilikdə 30-a yaxın şəxsin iştirak etdiyi ekskursiya zamanı benefisiarlar Qaxda yerləşən istirahət mərkəzlərinə aparılıb. Onlar üçün piknik, eləcə də əyləncəli və inkişafetdirici oyunlar təşkil olunub.

Ekskursiya uşaqların dünyagörüşünün genişləndirilməsi, həmçinin asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyıb.

Qeyd edək ki, Agentliyin sosial sifarişləri ilə icra olunan layihələr əsasında hazırda ölkəmizin müxtəlif bölgələrində uşaqlar üçün 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir.

Bu mərkəzlərdə həssas qruplara aid, o cümlədən əlilliyi olan 1100-dən çox uşağın psixoloji reabilitasiyası, abilitasiyası, pedaqoji inkişafı, habelə ailələrinə dəstək və ailələrin maarifləndirilməsi üzrə kompleks işlər aparılır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı