Xəbərlər 06.08.2026 13:41 133

Google internet fırıldaqçılarına qarşı yeni addım atıb

Google Chrome brauzerində istifadəçilərin şəxsi məlumatlarını qorumaq məqsədilə yeni təhlükəsizlik funksiyasını təqdim edib. Yenilik sayəsində brauzer istifadəçiləri saxta internet səhifələri, fişinq (phishing) hücumları və zərərli fayllar barədə daha operativ xəbərdar edəcək.

QHT.az xarici mediaya istinadən bildirir ki, şirkətin bildirdiyinə görə, yeni sistem təhlükələri süni intellekt dəstəyi ilə daha sürətli müəyyən edir və şübhəli saytlara daxil olmamışdan əvvəl istifadəçiyə xəbərdarlıq göndərir. Bununla yanaşı, funksiya zərərli yükləmələrin qarşısını almağa və hesab məlumatlarının oğurlanması riskini azaltmağa kömək edəcək.

Google qeyd edir ki, kibertəhlükələrin artdığı bir dövrdə brauzerin mütəmadi yenilənməsi və güclü parollardan istifadə edilməsi istifadəçilərin onlayn təhlükəsizliyi üçün vacibdir.

Piranə Xasiyeva


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı