Xəbərlər 11.06.2026 11:11 161

Ekoloq: Xəzər dənizində suyun azalması Sumqayıt bulvarında da özünü göstərir

Xəzər dənizinin səviyyəsində azalma prosesi artıq uzun illərdir davam edir. 1995-ci ildən 2026-cı ilə qədər qısa istisnalar nəzərə alınmazsa, dəniz səviyyəsində davamlı enmə müşahidə olunub və bu proses hazırda da davam edir.

Bu barədə ekoloq Rövşən Abbasov QHT.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Xəzərin səviyyəsinin azalmasının əsas səbəbləri iqlim dəyişiklikləri nəticəsində dəniz səthindən buxarlanmanın artması, çay axınlarının azalması və Volqa hövzəsində su götürülməsinin çoxalmasıdır.

“Bu amillər nəticəsində Xəzər dənizinin səviyyəsində ciddi azalma qeydə alınır. Göllərin və qapalı su hövzələrinin səviyyəsi aşağı düşərkən bu proses bütün sahilboyu ərazilərdə müşahidə olunur. Eyni vəziyyət Xəzər sahillərində də yaşanır və bu, özünü Sumqayıt bulvarında da göstərir”, – deyə ekoloq vurğulayıb.

Zəhra Ağayeva


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı