Xəbərlər 05.08.2026 15:47 98

Nepalda QHT-lərin çoxu fəaliyyətsizdir

Nepal parlament komitəsində təqdim olunan məlumata əsasən, ölkədə qeydiyyatdan keçmiş təxminən 60 min qeyri-hökumət təşkilatından (QHT) yalnız 10 minə yaxını hazırda aktiv fəaliyyət göstərir. Eyni zamanda, qeydiyyatdan keçmiş 250 beynəlxalq QHT-dən cəmi 136-sının fəaliyyəti davam edir. 

QHT.az xarici mediaya istinadən bildirir ki, məlumat parlamentin aidiyyəti komitəsinin iclasında açıqlanıb. Bildirilib ki, uzun müddətdir fəaliyyət göstərməyən təşkilatların qeydiyyat vəziyyətinin yenidən qiymətləndirilməsi və QHT sektorunda şəffaflığın artırılması istiqamətində tədbirlər görülməsi planlaşdırılır. 

Komitə üzvləri QHT-lərin hesabatlılığının gücləndirilməsinin və onların fəaliyyətinin daha səmərəli monitorinqinin vətəndaş cəmiyyətinin inkişafına töhfə verəcəyini qeyd ediblər. 

Piranə Xasiyeva


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı