Xəbərlər 04.08.2026 15:21 202

Birgə qrant müsabiqəsinə müraciətlərin qəbulu başa çatıb

Özbəkistan Respublikası Ali Məclisi yanında Vətəndaş Cəmiyyəti İnstitutlarını Dəstəkləmə İctimai Fondu ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi qrant müsabiqəsinə müraciətlərin qəbulu başa çatıb.

QHT.az xəbər verir ki, müsabiqəyə vətəndaş cəmiyyəti institutları tərəfindən ümumilikdə 21 ərizə təqdim edilib.

Növbəti mərhələdə təqdim olunmuş ərizələr Parlament Komissiyası tərəfindən qiymətləndiriləcək və müsabiqənin qalibləri müəyyən ediləcək.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı