Xəbərlər 03.08.2026 12:57 110

ÜST ana südü ilə qidalanmanın təşviqi üçün QHT-lərlə əməkdaşlığı gücləndirir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ümumdünya Ana Südü Həftəsi (1–7 avqust) çərçivəsində qeyri-hökumət təşkilatları və səhiyyə tərəfdaşları ilə birgə ana südü ilə qidalanmanın təşviqi istiqamətində maarifləndirmə fəaliyyətlərini genişləndirib.

QHT.az xarici mediaya istinadən bildirir ki, QHT-lər müxtəlif ölkələrdə maarifləndirici kampaniyalar, ictimai tədbirlər və valideynlər üçün təlimlər təşkil edərək körpələrin ilk altı ay yalnız ana südü ilə qidalanmasının əhəmiyyətini ön plana çıxarırlar. Təşəbbüsün məqsədi həm uşaqların sağlam inkişafını dəstəkləmək, həm də anaların bu sahədə düzgün məlumatlandırılmasını təmin etməkdir.

ÜST bildirir ki, ana südü körpələrin sağlam böyüməsi üçün ən etibarlı qida mənbəyidir və immun sisteminin güclənməsində mühüm rol oynayır. Təşkilat hökumətləri, səhiyyə müəssisələrini və vətəndaş cəmiyyəti institutlarını ana südü ilə qidalanmanı dəstəkləyən siyasətlərin həyata keçirilməsində əməkdaşlığı gücləndirməyə çağırıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı