Xəbərlər 29.07.2026 13:50 122

Afrika gəncləri Tramp siyasətlərindən narahatdır, amma ümidlərini də itirməyiblər

Yeni sorğunun nəticələrinə görə, Afrika gəncləri ABŞ-nin Afrika ilə münasibətlərində baş verən dəyişikliklərdən narahat olsalar da, Donald Trampın ikinci prezidentlik dövrünün müəyyən imkanlar yarada biləcəyinə inanırlar. Respondentlərin əksəriyyəti USAID-in fəaliyyətinin dayandırılmasının ölkələrinə mənfi təsir göstərəcəyini düşünür.

QHT.az xarici mediaya istinadən bildirir ki, sorğu iştirakçılarının böyük hissəsi həmçinin ABŞ-nin Afrikanın təbii sərvətlərinə çıxış əldə etmək üçün beynəlxalq hüququ nəzərə almaya biləcəyindən narahatdır. Bununla yanaşı, hər beş gəncdən üçü Tramp administrasiyasının qitə üçün yeni iqtisadi və siyasi imkanlar yarada biləcəyi ilə bağlı nikbin mövqe nümayiş etdirib.

Piranə Xasiyeva


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı