Xəbərlər 22.07.2026 11:04 114

İldə iki dəfə vurulan HİV-dən qoruyucu iynə yüksək nəticə göstərib

İldə iki dəfə vurulan lenakapavir adlı HİV-dən qoruyucu preparatın klinik sınaqları yüksək effektivlik nümayiş etdirib. Yeni nəticələrə görə, preparatı təlimata uyğun qəbul edən minlərlə iştirakçı arasında yalnız bir nəfərdə HİV infeksiyası qeydə alınıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, lenakapavir hazırda Afrikanın 10 ölkəsində mərhələli şəkildə tətbiq olunur. Beynəlxalq QİÇS Konfransında təqdim ediləcək yeni məlumatlar preparatın uzunmüddətli dövrdə də yüksək qoruyucu təsirini saxladığını göstərir.

Bundan əvvəl aparılan PURPOSE 1 və PURPOSE 2 klinik tədqiqatlarında da preparatı qəbul edən iştirakçılar arasında HİV-ə yoluxma halları ya qeydə alınmayıb, ya da olduqca nadir olub. Mütəxəssislər hesab edirlər ki, ildə cəmi iki dəfə vurulan bu inyeksiya HİV-in profilaktikasında mühüm yenilik hesab olunur.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı