Xəbərlər 21.07.2026 09:59 95

Amnesty International Aİ-ni İsrail istiqrazlarını təsdiqləməməyə çağırıb

Avropa bazarında İsrail istiqrazlarının (Israel Bonds) satışına icazə verilməsi müzakirələrə səbəb olub. Beynəlxalq insan hüquqları təşkilatı Amnesty International bildirir ki, bu istiqrazlar İsrailə əlavə maliyyə vəsaiti qazandırır.

QHT.az xarici mediaya istinadən bildirir ki, Amnesty International İsraili soyqırımı, hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətməkdə ittiham edir. Təşkilatın məlumatına görə, İsrail son illərdə “Israel Bonds” adlı dövlət istiqrazlarını sataraq fərdi investorlar vasitəsilə əlavə vəsait toplayır.

Amnesty International hesab edir ki, Avropa ölkələrinin bu istiqrazların satışına icazə verməsi beynəlxalq hüquq baxımından problemlər yarada bilər. Buna görə də təşkilat Avropa İttifaqına üzv ölkələri İsrail istiqrazlarının yeni prospektini təsdiqləməməyə çağırıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı