Xəbərlər 08.07.2026 10:53 134

Əlilliyi olan uşaqların Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Abşeron Sosial Xidmət Mərkəzində sosial reabilitasiya proqramına cəlb olunmuş benefisiarlar üçün Hərbi Qənimətlər Parkına ekskursiya təşkil edilib.

Sosial Xidmətlər Agentliyindən QHT.az-a verilən məlumata görə, iştirakçılar park ərazisində nümayiş etdirilən hərbi texnika və qənimətlərlə tanış olublar.  Azərbaycan Ordusunun Vətən müharibəsindəki qələbə yolu və qəhrəmanlıq nümunələri barədə ətraflı məlumat əldə ediblər.

Ekskursiya benefisiarlarda vətənpərvərlik hissini gücləndirmək, milli qürur hissini formalaşdırmaq, həmçinin onların sosial, emosional və psixoloji inkişafına dəstək göstərmək məqsədi daşıyıb.

Bu cür tədbirlər benefisiarların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi və tarixi-mənəvi dəyərlərin aşılanması məqsədilə mütəmadi olaraq təşkil edilir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı