Xəbərlər 06.07.2026 14:43 133

UNICEF: 2026-cı ilin ilk yarısında Sudanda azı 330 uşaq həlak olub və ya yaralanıb

UNICEF 6 iyul tarixində yaydığı yeni məlumatda bildirib ki, 2026-cı ilin ilk altı ayında Sudanda münaqişənin təsiri nəticəsində azı 330 uşaq həlak olub və ya yaralanıb. Təşkilatın məlumatına görə, ən çox uşaq itkisi Darfur və Kordofan bölgələrində qeydə alınıb. 

QHT.az xarici mediaya istinadən bildirir ki, UNICEF qeyd edib ki, davam edən silahlı toqquşmalar uşaqların həyatını təhlükə altına salmaqla yanaşı, onların təhsil, səhiyyə və digər əsas xidmətlərə çıxışını da ciddi şəkildə məhdudlaşdırır. Təşkilat münaqişə tərəflərini beynəlxalq humanitar hüquqa əməl etməyə və mülki əhalinin, xüsusilə uşaqların müdafiəsini təmin etməyə çağırıb. 

Qurum beynəlxalq donorları Sudandakı humanitar proqramlara dəstəyi artırmağa çağıraraq, milyonlarla uşağın təcili humanitar yardıma ehtiyac duyduğunu vurğulayıb. 

Piranə Xasiyeva


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı