Xəbərlər 19.06.2026 12:19 168

Şelter Afrikanın MDB-yə çevrilməsi mənzil sektoruna investisiyaları artıracaq

Afrikanın böyük şəhərlərində insanların yaşadığı ərazilərlə iş imkanlarının yerləşdiyi məkanlar arasındakı məsafə artır. Bu isə uzun gediş-gəliş vaxtına, yüksək nəqliyyat xərclərinə və yaşayış problemlərinə səbəb olur.

QHT.az xarici mediaya istinadən bildirir ki, Şelter Afrikanın baş icraçı direktoru Tierno-Habib Hann mənzil böhranının təkcə yaşayış problemi olmadığını, həm də məhsuldarlıq, gəlir və rifahla bağlı daha geniş inkişaf məsələsi olduğunu bildirib.

Məqalədə qeyd olunur ki, Afrikada təxminən 54 milyon insan şəhər gecəqondularında yaşayır və bir çox ailə gəlirinin böyük hissəsini mənzil xərclərinə sərf edir.

Şelter Afrika çoxtərəfli inkişaf bankına (MDB) çevrilməsi mənzil sektoruna daha çox investisiya cəlb etməyə və iqtisadi inkişafı dəstəkləməyə yönəlib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı