Xəbərlər
07.06.2026 00:30
302
Aygün Əliyeva “Sıfır Tullantı” Fondunun rəhbəri Samed Ağırbaş ilə görüşüb - FOTOLAR
2026-cı il iyunun 6-da Türkiyənin İstanbul şəhərində QHT Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva “Sıfır Tullantı” Fondunun rəhbəri, COP31-in Yüksək Səviyyəli İqlim Çempionu Samed Ağırbaş ilə görüşüb.
QHT.az xəbər verir ki, görüşdə iqlim dəyişmələri ilə mübarizə, dayanıqlı inkişaf, ətraf mühitin qorunması və vətəndaş cəmiyyətinin bu sahədə rolu ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı COP31-də əməkdaşlıq imkanları və birgə təşəbbüslərin həyata keçirilməsi perspektivləri müzakirə olunub.