Xəbərlər 17.03.2026 21:50 626

Tramp Britaniya Baş nazirini yenidən tənqid etdi

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmeri İranla bağlı mövqeyinə görə tənqid edib.

QHT.az xəbər verir ki, o, Starmerin qərarlarından məyus olduğunu bildirib və onu Uinston Çörçill ilə müqayisə edərək liderlik baxımından zəif olduğunu vurğulayıb.

Tramp həmçinin Starmerin immiqrasiya və enerji siyasətini “fəlakət” adlandırıb, Avropada artan miqrasiya probleminin ciddi nəticələr doğurduğunu qeyd edib. Görüş zamanı İrlandiyanın Baş naziri Maykl Martin isə Starmeri müdafiə edərək onu “səmimi” və “etibarlı” lider kimi qiymətləndirib.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı