Xəbərlər 26.02.2026 19:34 1227

Bir astronavt ilk dəfə Beynəlxalq Kosmik Stansiyadan təxliyə edildi

NASA orbitdə ciddi bir vəziyyətin yarandığını bildirdi.

QHT.az xəbər verir ki, NASA Beynəlxalq Kosmik Stansiyada baş vermiş tibbi hadisə barədə məlumat yayıb. Bu, stansiyanın 25 illik fəaliyyəti ərzində ilk tibbi təxliyə olub. Yanvarın 7-də astronavt Mayk Fink tibbi problemlə üzləşib. Onun sözlərinə görə, heyətin operativ müdaxiləsi və NASA həkimlərinin göstərişləri nəticəsində vəziyyəti tez bir zamanda sabitləşib.

NASA əlavə müayinələr üçün Finki və Crew-11 ekipajının digər üzvlərini Yerə qaytarmağı ən təhlükəsiz variant hesab edib. Astronavt hazırda Hyustonda reabilitasiya prosesini davam etdirir və vəziyyətinin yaxşı olduğunu bildirib. NASA rəhbərliyi onun təhlükəsiz və stabil vəziyyətdə olduğunu açıqlayıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı