Xəbərlər 29.12.2025 22:18 229

Naxçıvanda korrupsiyaya qarşı mübarizə mövzusunda təlim təşkil olunub

QHT Agentliyinin dəstəyi, Bakı İctimai Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhərində “Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin müzakirəsi” adlı tədbir keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə Naxçıvan MR-da 60 nəfərə yaxın dövlət, özəl, ictimai sektor nümayəndəsi iştirak edib. Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni bildirib ki, korrupsiyaya qarşı mübarizə sahəsində qabaqlayıcı addımlar mühümdür.

Ekspert-təlimçi, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzinin sədri Zaur İbrahimov iştirakçılara "Korrupsiya və onun formaları", "Hüquqi və institusional çərçivə", "Vətəndaş cəmiyyəti institutlarının rolu", "Müasir yanaşmalar", "Etik davranış və şəxsi məsuliyyət" mövzularında təlimlər keçib. Müzakirələr sual-cavab sessiyası ilə davam edib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı